Bakıda zor tətbiq edilməklə qadının 970 manat pulu və mobil telefonu oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt sakini olan həmin şəxs Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan 3-cü Polis Bölməsinə müraciət edib. Adı açıqlanmayan qadın qəsəbə ərazisində naməlum şəxsin ondan zorla içərisində 970 manat pulu və mobil telefonu olan pulqabısını aldığını bildirib.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Binə sakini, əvvəllər məhkum olunmuş Qəzənfər Kişiyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.