Bakıda qadına qarşçı soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyaytı Bakı Şəhər Baş Polis İdarəsinin və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də G.Tanrıverdiyevanın içərisində pul və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Alışov saxlanılıb.