Bakıda qadına qarşı 500 min dollarlıq dələduzluq edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı sakininə qarşı 500 min dollarlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, 45 yaşlı paytaxt sakini Səadət Abdullayeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin may ayında 1970-ci il təvəllüdlü Malik Baxşəliyev onu aldadaraq 500 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47