Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda qadın sirkə turşusundan zəhərlənərək ölüb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Məlumata görə, oktyabrın 10-da Nərimanov rayonu ərazisində yaşayan Nigar Abbaszadə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.