​Bakıda qadın özünü dənizə atıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Bakının Səbail rayonunda 1 nəfər özünü dənizə atıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37