Bakıda qadın meyiti aşkarlanıb

Bakıda mənizldə qadın meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Məmmədova Gülbaxça Əmrəli qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51