Bakıda qadın küçədə hücuma məruz qalıb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Neftçilər prospektində 1991-ci il təvəllüdlü Şirinova Firuzə Əhmədağa qızı bir nəfərin hücumuna məruz qalaraq xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz və baş nahiyələrinin əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.