Bakı. 17 avqust. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Tahirə Kərimova evinin eyvanından yıxılaraq ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T.Kərimova altıncı mərtəbədən yıxılıb.