Bakıda avtomobil qaçırılıb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Belə ki, Bakı şəhər sakini R.Xəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Oktyabrın 10-da Bakı Şəhər Baş Polis İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tərbirləri nəticəsində avtomobil paytaxt ərazisində saz vəziyyətdə tapılıb.
Faktla bağlı araşdırma aparılır.