Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda polislərdən qaçan şəxs intihara cəhd göstərib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 1978-ci il təvəllüdlü Məhərrəmov Səxavət Senzur oğlu fəaliyyət göstərdiyi marketdə qarın nahiyyəsindən özünə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək xəstəxanaya yerləşdirilib. 

Yaralı tibbi əməliyyatdan sonra hüquq-mühafizə orqanlarına bildirib ki, polis əməkdaşları onu təqib edib. Buna görədə intihara cəhd göstərib.

Suraxanı Rayon Polis İdarəsindən "Report"a bildirilib ki, S. Məhərrəmovun intihara cəhd etməsinin dəqiq səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47