​Bakıda polis əməkdaşının vurulması ilə nəticələnən yol qəzası baş verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 14-də gecə saat 1 radələrində qeydə alınıb.

Məlumata görə, Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində Qusar rayon sakini Elman Beybutov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə həmin ərazidə xidmət aparan Bakı BPİ DYPİ-nin əməkdaşı, polis kiçik serjantı Yaşar Qocalını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.        

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41