Bakıda poliklinikada 6 yaşlı uşaq ölüb

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 6 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, 2013-cü il təvəllüdlü Ayan Şahbazlı vəfat edib.

Uşaq şəkərli diabet xəstəsi imiş.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45