Bakıda piyada keçidindən istifadə etməyən kişini avtomobil vurub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda orta yaşlı kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 1984-cü il təvəllüdlü İsgəndərov Babək Novruz oğlu yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçərkən baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14