Bakıda otelin saunasında turist ölüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda oteldə turist ölüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Rich” otelində qeydə alınıb.

Həmin oteldə Pakistan vətəndaşı, 65 yaşlı Nasir Sadiq otelin saunasında çimən zaman ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39