Bakıda oteldə yanğın baş verib

Bakı. 31 avqust. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonunda yerləşən otellərin birində yanğın baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 7 mərtəbəli otelin 2-ci mərtəbəsində ümumi sahəsi 40 kv.m olan mətbəxin lambirdən ibarət tavanın bir hissəsi sahədə yanıb.

Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41