Bakıda hoteldə qadın döyülərək ağır xəsarət alıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda hoteldə 33 yaşlı qadın döyülərək ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonu, NZS kimi tanınan ərazidə yerləşən "Kəpəz" hoteldə qeydə alınıb.

Belə ki, 33 yaşlı İsmayılova Könül Fikrət qızı naməlum şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan qadın xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı hotelə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, K.İsmayılova hotelin işçilərindən ona olan 8 000 manat borcunu tələb edib. Nəticədə qadın döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45