Bakıda naməlum şəxs özünü çoxmərtəbəli binadan atmaq istəyib - FOTO

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində naməlum şəxs çoxmərtəbəli binanın damına çıxaraq özünü oradan atmaq istəyib.

“Report”un xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.

Xidmət əməkdaşları özünü atmaq istəyən kişini binanın damından düşürüb.

İntihara cəhd edən şəxsin adı-soyadı və tələbləri bilinməyib.

Foto - Elşən Baba

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54