Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, naməlum şəxs 1995-ci il təvəllüdlü Marifzadə Cəlal Kamran oğluna yaşadığı evin həyətində bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.