​Bakıda naməlum avtomobil qadını vurub

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda avtomobil piyadanı vurub. “Report” xəbər verir ki, hadisə Moskva prospekti-69 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, naməlum avtomobil Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Zenfira Rütəmovanı vurub. Yaralı qadına xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56