Bakıda motosikletçi qəza törədib, xəsarət alanlar var

Bakının Xəzər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Əliyev Cavid Cəbrayıl oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.

Motosikletdə olan sərnişin 1995-ci il təvəllüdlü Cahangirov Rza Əlihüseyn oğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47