Bakıda motosiklet qəza törədib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Mirzəyev Hüseyn Şamil oğlu motosikleti yol kənarındakı maneəyə çırpıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Fakt araşdırılır.