​Bakıda minik və yük avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib

​Bakıda minik və yük avtomobillərinin toqquşması nəticəsində yanğın baş verib

Bakı. 17 avqust. REPORT.AZ/ Gecə saatlarında Bakının Sabunçu rayonunda yanğınla nəticələnən yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə "Daewoo" markalı minik avtomobili ilə "MAN" markalı yük maşının toqquşması nəticəsində baş verib.

Yanğın nəticəsində "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın saat 02:52-də söndürülüb.

Digər xəbərlər

Laza kəndindən palçıqlı sel keçib 22 sentyabr, 2025 / 17:23