Bakıda mənzildən 5 100 dollar və 1 200 manat oğurlanılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, rayonun Binə qəsəbəsində yeni yaşayış sahəsində yaşayan 1966-ci il təvəllüdlü Bəxşeyiş Əsədovun evindən pəncərənin barmaqlıqlarını sındırmaqla 5 100 ABŞ dolları və 1 200 manat pul oğurlanılıb.

Polis faktla bağlı araşdırma aparır.

Digər xəbərlər