Bakıda mənzildən 19 min dollar oğurlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda mənzildən oğurluq olub.

“Report”un xəbərinə görə, hadisə Babək prospekti ev 90 ünvanındakı mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Fəxrəddin Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, o, evdə olmadığı müddətdə mənzilin qapısı sındırılaraq oradan 19 min ABŞ dolları məbləğində pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37