Bakıda mənzildən 12 min manatlıq qızıl oğurlanıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda mənzildən oğurluq olub.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Cabbarlı küçəsindəki nömrəsiz evlərdən birində qeydə alınıb. Burada yaşayan 1971-ci il təvəllüdlü Qorxmaz Quliyevin evindən pəncərədən içəri daxil olmaqla 12 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər