​Bakıda mənzildən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Səbail rayonunda oğurluq hadisəsi olub.

“Report”un xəbərinə görə, C.Əzizov küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nazim Mirzəliyevin evindən açıq qapıdan keçməklə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47