Bakıda məktəb həyətində şagird bıçaqlanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bakıda məktəb şagirdi bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonu, N.İsmayılov 25 ünvanında yerləşən 146 nömrəli orta məktəbin həyətində baş verib.

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvvəllüdlü Nizami Kərimov orada təhsil alan 2001-ci il təvəllüdlü Rəşad Novruzovun bud nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05