​Bakıda maskalılar şirkət ofisinə basqın edib, 50 min dollar aparılıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Məşhur “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub. Bu barədə “Report”a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47