Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub - FOTO

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakıda yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə Xətai rayonunun Xocalı prospektində qeydə alınıb. 

Belə ki, 30 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47