Bakı. 26 noyabr. REPORT.AZ/ Bakıda marketin seyfindən 2300 manat oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsi və rayon Mühafizə idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 25-nə keçən gecə H.Zərdabi küçəsindəki marketlərin birində seyfdən 2300 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Ştonda saxlanılıb.