Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub

Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhərində marketdə satıcı işləyən qızı avtomobil vurub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

"Bakı fəhləsi" kimi tanınan ərazidəki marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Xədicə Zeynalova evə getmək üçün yolu keçərkən onu "Lexus" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib. Klinikanın həkimləri onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47