Bakıda mağazadan oğurluq olub

Bakıda mağazadan ərzaq malları, tütün məmulatı və enerji içkiləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsində yeni yaradılan 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mağazasından ərzaq malları, tütün məmulatı və enerji içkilərinin oğurlandığını bildirib.

Müraciətlə əlaqədar olaraq, dərhal müvafiq araşdırmalar aparılıb.  

“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Polad Nəbiyev, Şəmsi Məmmədli və Samir Əliyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər