Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda tapançaya bənzər əşya ilə quldurluq edən daha bir nəfər tutulub.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli dəstənin daha bir üzvü - Orxan Məmmədli müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, bundan əvvəl dəstənin üzvləri - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.