Bakıda “London” taksisi piyadanı vurub öldürüb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda “London” taksisi piyadanı vurub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 13-ü saat 04:50 radələrində, Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Namiq Fərəcov idarə etdiyi “London” taksisi ilə 1966-cı il təvəllüdlü Hacıbaba Tarverdiyevi vurub. H.Tarverdiyev aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39