Bakıda London taksisi məşhur otelə çırpılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda London taksisi Azadlıq prospekti və Neftçilər prospektinin kəsişməsində yerləşən “Park İnn” otelinə çırpılıb.

“Report”un məlumatına görə, hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39