Bakıda kütləvi davada iştirak edən şəxslər tutulub

Bakı. 3 may. REPORT.AZ/ Bakıda kütləvi davada iştirak edən şəxslər tutulub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də Bakı şəhər sakinləri Namiq Əşrəfova və Elşən Məmmədova bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmuş həmyerliləri Babək Talıbov və Fərid Əlimədətzadə tutulublar.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47