Bakı. 12 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb olunub.
Onlar liftin qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.