Bakıda kişi həyat yoldaşına 6 bıçaq zərbəsi vurub

Bakı. 1 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı Zərdabi küçəsində yaşadığı evin həyətyanı səhəsində ərinin bıçaqla hücumuna məruz qalıb. Nəticədə qadın 6 bıçaq zərbəsi alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, bıçaq Ş.Babazadənin mədə və qaraciyərini deşib.

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47