Bakıda kişi evinin damından yıxılaraq ölüb.
"Report" xəbər verir ki, M.Ə.Rəsulzadə qəsəbə sakini - 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin damında təmir işləri apararkən yıxılıb.
O, hadisə yerində həyatını itirib.
Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.