Bakıda kirayədə yaşayan kişi özünü asıb, ev sahibi onu xilas edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda kirayədə yaşayan kişinin intihara cəhdinin qarşısı alınıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Rəsulzadə qəsəbəsində yaşayan 1954-cü il təvəllüdlü E.İ kirayədə yaşadığı evin həyətində özünü iplə asıb. Bunu görən ev sahibi onu dərhal xilas edib. E.İ. 1 nsaylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39