Bakıda "KamAZ" minik avtomobili ilə toqquşub, xəsarət alan var

Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Türkan qəsəbəsində minik avtomobili yük maşını ilə toqquşub.

Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Şahbazzadə Elşad Rəşad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38