Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Nizami rayonunda meyit aşkarlanıb.
“Report”un xəbərinə görə, hadisə Naxçıvanski küçəsi 67 ünvanında yerləşən kafedə qeydə alınıb.
Kafenin sanitar qovşağında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Mənsur Şükürovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.