Bakıda kafedə oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə aprel ayında paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini A.Şahqasımpurun işlətdiyi kafedən 1 600 manat dəyərində avtoyuma aparatı oğurlayıb.
Daha A.Şahqasımpur hadisə barədə polisə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağstafa rayon sakinləri - 1998-ci il təvəllüdlü D.Abduləlimov və 1994-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.Misirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.