Bakıda ​“JW Marriott Absheron”un baş menecerinin yaşadığı mənzildən oğurluq olub

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda Böyük Britaniya vətəndaşının velosipedi oğurlanıb. “Report”un xəbərinə görə, hadisə 33 yaşlı Amit Taneja Pandepin Nəsimi rayonunda kirayə yaşadığı mənzildə baş verib.

Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, velosipedi oğurlanan şəxs “JW Marriott Absheron” hotelinin baş meneceridir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47