Bakıda itkin düşmüş ana və üç övladı tapılıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Binəqədi rayonunda itkin düşən bir ailənin 3 üzvü tapılaraq ailəsinə təhvil verilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində itkin düşən Yuliya Borisova, övladları Vladislava, Artur və Sofiya evə qaytarılıb.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54