Bakıda itkin düşən şəxsin psixiatrik xəstəxanaya yerləşdirildiyi məlum olub

Bakıda itkin düşən şəxsin psixiatrik xəstəxanaya yerləşdirildiyi məlum olub.

"Report"un əldə etdiyi məlumata görə, yanvarın 26-da paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, A.İsmayılov küçəsi ev 21 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Z.Hüseynov yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı müəyyən edilib ki, Z.Hüseynov 1 saylı psixiatrik xəstəxanaya yerləşdirilib və hazırda orada müalicə alır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14