Bakıda işıqlandırılmayan yoldan keçmək istəyən yaşlı kişini maşın vurub

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ahıl kişini avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsində baş verib.

Magistral yolun qaranlıq hissəsindən yolu keçmək istəyən 65 yaşlı Məmmədov Sərdar Famil oğlu minik avtomobilinin qarşısına çıxıb. Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib. Müalicəsi reanimasiya şöbəsində davam etdirilən S.Məmmədovun vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39