Bakıda intiharın qarşısı alındı - VİDEO

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.

1982-ci il təvəllüdlü Məhərrəmov Orxan Nəbi oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü yerə atmaq istəyib. Əraziyə çağırılan FHN-nin xilasetmə qüvvələri və rayon polis əməkdaşlarının köməkliyi ilə intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19