Bakıda 67 yaşlı şəxs imtahan vaxtı ölüb

Dövlət İmtahan Mərkəzinin (DİM) oktyabrın 8-də Bakıda keçirdiyi imtahan zamanı ölüm hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Bakı Biznes Universitetində qeydə alınıb.

DİM-in peşəkar mühasib sertifaktı imtahanında iştirak edən 1956-cı il təvəllüdlü Qəribov Alxaz Abid oğlu vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47