Bakıda iki piyadanı maşın vurub

Bakının Nərimanov rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1996-cı il təvəllüdlü Əsədli Rəsul Tərlan oğlu və 1997-ci il təvəllüdlü Abbasova Xasa Mübariz qızını Gənclik metrostansiyası yaxınlığında dayandıqları yerdə maşın vurub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Əsədli Rəsula alın nahiyəsinin əzilməsi, Abbasova Xasaya isə qarının küt travması diaqnozu qoyulub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45